Bakı metrosunda yaranan fasilələrin səbəbi

10 İyul 2012 15:48 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, bu gün səhər Bakı Metropoliteninin qatarlarlarının hərəkətində fasilələr yaranıb.

Qeyd edək ki, bu gün səhət qatarlar aşağı sürətlə hərəkət ediblər və stansiyalarda 5-10 dəqiqə dayanıblar. 
Bakı Metropolitenindən verilən məlumata əsasən, qatarların hərəkətindəki dayanmalar texniki çatışmazlıqla bağlı olub. 

Narahatçılıq üçün ciddi səbəblər olmadığı bildirilsə də, tam məlumat bildirilməyib. Onuda qeyd edək ki, çatışmazlıqların aradan qaldırılması üçün işlər davam etdirilir. 

Türkan Nadirqızı

Movqe.Az