Futbolçunun qəmli sonu

10 İyul 2012 15:06 (UTC+04:00)

Movqe.Az bildirir ki, Hind futbolçu Maheş Thapa matç əsnasında rəqib komandanın qapıçısıyla toqquşduqdan sonra motosiklet üzərində aparıldığı üç xəstəxanaya də qəbul olunmadığına görə dünyasını dəyişib. Hindistanın Jalpaiguri şəhərində "Raikatpara" İdman Dərnəyi ilə "Bhanu Nagar" komandası arasında keçirilən yerli matçda qapıçıyla toqquşan Thapa stadionda təcili yardım olmadığı üçün motosikletlə xəstəxanaya aparılıb. Motosiklet üzərində 3 xəstəxana gəzən və boş yataq olmadığı üçün heç birinə qəbul edilməyən 27 yaşındakı futbolçunun öldüyü bildirilib. Thapa, son 4 ay ərzində Hindistanda matç əsnasında ölən ikinci futbolçu olub. Banqaloredən olan futbolçu Venkateş də mart ayında stadionda infarkt keçirib. Venkateş də təcili yardım olmadığı üçün xəstəxanaya üç təkərli vasitələrlə aparılmaq məcburiyyətində qalıb.