Xanım İsmayılqızı ölən oğluna şeir yazdı

7 Avqust 2014 12:05 (UTC+04:00)
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Xanım İsmayılqızı bir müddət öncə vəfat edən oğluna şeir yazıb.
Movqe.az xəbər verir ki, məlumatına görə, bəstəkar sözügedən şeiri "Facebook" səhifəsində paylaşıb. 
X.İsmayılqızı artıq xeyli müddətdir ki, oğlu Fərid üçün şeirlər yazır. Onun yazdığı hər yeni yazı insanlar tərəfindən maraqla qarşılanır. Xatırladaq ki, Fərid qəflətən ürək tutmasından dünyasını dəyişib.

O yandan necə görünür
Bu dünyanın viran yeri?
Bəlkə elə biz ölüyük,
Bəlkə elə sənsən diri?

Yığışmışıq köçümüzə,
Başdan ayağa bir heçik.
Bizim qəbrimiz böyükdü,
Səninkisə bizdən kiçik.

Acından ölürük burda,
Öz içimizi yeyirik.
Bir qəfəslik qonaq kimi,
Dayanacaq gözləyirik.