Üz dərisinin parlaqlığı üçün kartof

7 Avqust 2014 21:20 (UTC+04:00)

Bildiyimiz kimi, günümüzdə kartofdan hazırlanan dəriyə qulluq vasitələri, ucuz və təbii üsullardan sayılır.

Bunlar üz dərisinə yaxşı təsir göstərir. Yay aylarında dəri gözəlliyinə rəng qatmaq istəyənlər kartof, limon və baldan hazırlanan məhsullardan istifadə edə bilərlər.

Kartof və limonda təsirli işıltı maddələri var. Bal da dərini nəmləndirməyə kömək edir. Dilimlənən kartofun üzərinə limon sıxaraq hazırlanan məhlulu üz dərisində 15 dəqiqə saxladıqdan sonra yumaq lazımdır. Bu dərini işıltılı və cazibədar edir.

Zeytun yağı və süd qarışımı da təsirlidir. Bunun üçün bir kartofu rəndələmək, içərisinə bir yemək qaşığı zeytun yağı əlavə etmək lazımdır.

Bir qəhvə fincanı süd də qatmaq olar. Bunları qarışdıraraq, hazır məhlul halına gətirdikdən sonra üz dərisinə çəkmək lazımdır. Bu dərinin cavan olmasına kömək edir.

Krsitina Aqilera da parlaq dəri üçün çiy kartofu məsləhət görür. Onun sözlərinə görə kartof dilimlərindən hazırlanan məhluldan istifadə edərək üzündə olan sızanaqları azaldıb.