Azərbaycanlı müğənni sevgilisindən ayrıldı

11 İyul 2012 14:40 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın populyar müğənnisi Xəyyam Nisanov sevgilisindən ayrıldı.

Xəyyam Nisanov özünün ikinci yarısını axtarır.

Qeyd edək ki, bu haqda müğənni yerli telekanallardan birinə açıqlamasında deyib. 
O qeyd edib ki, bu il evlənəcəyi barədə yayılan şayiələr həqiqətə uyğun deyil. 
"Bu, yanlış informasiyadır. Evlənmək istəyirdim, lakin bu, elə istək olaraq qaldı. Mən subayam, buna görə də ailə-uşaq sahibi olmaq istəyirəm", - o qeyd edib. 

Xatırladaq ki, müğənni bu günlərdə sevgilisi ilə ayrılıb. 

Türkan Nadirqızı

Movqe.Az