Rusiya ümidini Azərbaycana bağlayıb

9 Avqust 2014 08:06 (UTC+04:00)

Rusiya və Qərb ölkələri arasında başlanan qarşılqlı embparqo dünya iqtisadiyyatı üçün yeni təhdid yaratmaqdadır. Tərəflərin iqtisadi üstəvidə biri-birlərinə qarşı sanksiyaları getdikjə daha sərt xarakter daşımaqda, miqyasını genişləndirməkdəir. Bütün bunlar dünyanın digər ölkələrinə, o cümlədən Azrbaycana da ciddi təsir göstərmək iqtidarındadır.

Məsələ bundadır ki, Ukrayna böhranına görə ABŞ və Qərb ölkələrinin sanksiyalarına sanksiya ilə cavab verən Rusiya embarqo səbəbindən meydana gələcək qıtlığı Azərbaycan vasitəsi ilə də ödəməyə hazırlaşır. Rusiyanın Kənd Təsərrüfatı naziri Nikolay Fyodorov artıq bu xüsusda müvafiq açıqlama verib. Rusiyanın bu sıxıntını çox asanlıqla qarşılaya biləcəyini deyən nazir bir sıra ölkələrlə bərabər, Azərbaycandan gələn mallara üstünlük verəcəklərini açıqlayıb: "Türkiyə, Braziliya, Argentina, İsrail, Özbəkistan, Azərbaycan və Belarus kimi ölkələr bu qıtlığı rahatlıqla ödəyə bilər".

Xatırladaq ki, Ukrayna barədə sanksiyalara cavab olaraq Rusiya Avropa İttifaqı, ABŞ və bəzi digər Qərb ölkələrindən qida məhsullarının idxalına tam embarqo qoyur. Baş nazir Dmitri Medvedyev deyib ki, embarqoya meyvə, tərəvəz, ət, balıq və süd məhsulları daxil olacaq. Embarqo Avstraliya, Kanada və Norveçə də şamil olunacaq. Bu qadağalarla əlaqədar artıq Avropa İttifaqı ölkələrindən narahatlıq siqnalları gəlir. Belə ki, söhbət 12 milyardlıq ziyandan gedir.

Bundan əlavə Rusiya həmçinin Ukrayna hava nəqliyyat şirkətlərinin Rusiya ərazisindən keçməyinə qadağa qoyu. Medvedyevin sözlərinə görə, hökumət həmçinin Aİ və ABŞ hava nəqliyyat şirkətlərinin tranzit uçuşlarına qadağan qoyulmasını nəzərdən keçirir. Təyyarələrə Sibir hava məkanından keçməyə icazə verməmək uçuşların qiymətini kəskin artıracaq və Asiyaya gedən bir çox reyslərin uçuş vaxtını uzadacaq.

Qeyd edək ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin ölkəsinə qarşı sanksiyalar tətbiq edən ölkələrdən xammal, ərzaq və kənd təsərrüfatı məhsullarının ayrı-ayrı növlərinin Rusiyaya gətirilməsinə qadağnın qoyulması barədə fərman imzalayıb. Hökumətə konkret siyahı tərtib etmək tapşırılıb. Sənəd "Rusiya Federasiyasının milli maraqlarının qorunması məqsədi ilə" imzalanıb. Fərman qüvvəyə mindiyi gündən bir il ərzində qüvvədə olacaq. Vladimir Putin hökumətə, kənd təsərrüfatı və ərzaq məhsullarının idxalının dayandırılması nəticəsində yarana biləcək sürətli qiymət artımının qarşısını almaq üçün tədbirlər görməyi tapşırıb. Onu da qeyd edək ki, avqustun 1-dən etibarən Avropa Birliyi Rusiyanın "Sberbank", "VTB Bank", "Qazprombank", "VEB Bank" və "Rosselxozbank" banklarına sanksiyalar tətbiq edib. Bu banklar və onların törəmə qurumları Avropa İttifaqından 90 gündən çox olan müddətə borc və səhmdar kapitalı cəlb edə bilməyəcəklər. Belə olan halda, sanksiyalar "VTB" ASC-nin Azərbaycandakı filialına da şamil edilir. Ölkəmizdə fəaliyyət göstərən sözügedən maliyyə təşkilatı 3 ay ərzində Avropa ilə əməliyyatlar apara bilməyəcək. Bundan başqa sözügedən bankda Dövlət Neft Fondu 3 faiz səhmə malikdir. Həmin səhm paketinin alınmasına 500 milyon dollar sərf edib. Bu isə Azərbaycana da müəyyən qədər təsir edir.

Eyni zamanda Rusiya Azərbaycandan daha çox kənd təsərrüfatı məhsulu idxal etməyə başlayarsa, bu, ölkə daxilində həmin məhsulların azalmasına və beləliklə, qiymətlərin qalxmasına rəvac verə bilər.

Yuxarıda qeyd olunduğu kimi Rusiya öz ərazisindən başqa ölkələrə Ukrayna aviaşirkətlərinin tranzit reyslərinə qadağa qoyub. Bununla da Rusiya öz hava məkanı vasitəsilə Ukrayna aviaşirkətlərinin Gürcüstana, Azərbaycana, Ermənistana və Türkiyəyə tranzit reyslərini dayandırır. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə bunu ölkəmizə təsir etməyəjəyini bildirib: "Avropa İttifaqının Rusiyaya sanksiyalar tətbiq etməsinin Azərbaycan Hava Yollarındakı uçuşlara hər hansı təsiri olmayacaq". Onun sözlərinə görə, Avropa İttifaqının Rusiya aviaşirkətlərinin təyyarələrinin Avropa üzərindən uçuşlarını qadağan etməsi Azərbaycandakı uçuş qiymətlərinə, uçuş saatlarının uzun və ya qısa olmasına hər hansı təsir göstərməyəcək.