Dənizdə batan şəxs xilas edilib

9 Avqust 2014 10:21 (UTC+04:00)
Axşam saatlarında dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Movqe.az xəbər verir ki, bu haqda informasiya Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yayılıb.

Xəbər verilir ki, bir nəfər Bakı şəhərinin Xəzər rayonunda dənizdə, "Sahil-1" sularda xilasetmə məntəqəsinin ərazisində batmaq təhlükəsi ilə üzləşib.

Batan şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.