Elektron siqaret can aldı

9 Avqust 2014 17:08 (UTC+04:00)
Böyük Britaniya vətəndaşı elektron siqaretini cərəyanla qidalandırarkən həyatını itirib. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , cihaz qəfildən partlayaraq mərhumun istifadə etdiyi oksigen konsentratorunu yandırıb.

62 yaşındakı David Tomsonun cəsədi yaşadığı mənizlin qonaq otağında tapılıb. Yanğınsöndürmə xidməti gələrkən yanğın artıq söndürülmüşdü.

Mərhumun belə bir səbəbdən ölməsi hələlik araşdırılır.

"Yanğın səbəblərinin tədqiqi hələ də davam edir. Lakin ilkin ehtimala görə elektrik qidalandırıcısının siqaret üçün nəzərdə tutulmadığı ehtimal olunur."- deyə yerli yanğınsöndürmə xidmətinin nümayəndəsi hadisəyə şərh verir.

Qeyd edək ki, bu ilin yanvarından təkcə Mersisaytda elektron siqaretlərin törətdiyi 9 yanğın hadisəsi qeydə alınıb.