Azərbaycanda dərəyə yuvarlanan maşın yandı

11 İyul 2012 12:00 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Azərbaycanda maşın dərəyə yuvarlanaraq yandı. Hadisə nəticəsində nişanlı qız ölüb.

Qeyd edək ki, hadisə ötən günlərin birində Quba-Qonaqkənd yolunun 37-ci kilometrliyində baş verib. Regional TV kanalının verdiyi məlumata əsasən, iyul ayının 9-u axşam saatlarında Quba rayonu ərazisində bir nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Adıgözəlov Qalib adlı şəxsin idarə etdiyi "Villis" markalı avtomaşının təkəri çıxıb və maşın dərəyə aşıb. Nəticədə həmin şəxsin qızı 23 yaşlı Adıgözəlova Rəmziyyə hadisə yerində dünyasını dəyişib. 
Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az