Bakıda liftdə qalan bir nəfər xilas edildi

10 Avqust 2014 11:06 (UTC+04:00)
Bakıda liftdə qalan bir nəfər xilas edilib.

Hadisə Binəqədi rayonunda doqquz mərtəbəli yaşayış binasında baş verib.

Movqe.az xəbər verir ki , FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.