Dişləri təmizləyəndə diş tozuna və ya pastasına bir az xörək sodası
və 1-2 damcı limon şirəsi əlavə olunarsa,
onların sarıltısını asanlıqla götürmək olar. Əgər dişlər
mütəmadi olaraq limon qabığı ilə sürtülsələr, dişlər ağ, onların
kökü isə bərk olacaq. Suda əridilmiş bir damcı limon şirəsi ilə
ağızı yaxalayaraq kariyesə düçar olmuş dişlərə müalicəvi təsir
göstərmək olar.
Məlumdur ki, bəzi hallarda bu vasitə ilə uzun müddət çəkən mütəmadi
diş ağrıları kəsilirdi. Diş xəstəliklərinin müalicə təcrübəsi
göstərir ki, dişlər səhər və axşam limon şirəsi ilə təmizlənsə, bu
damaqların və dişlərin hər bir xəstəlikdən qorunmağına xidmət edir.
Ağızdan gələn pis iyi aradan götürmək üçün gündə bir çay qaşığı
sürtülmüş quru limon qabığını şəkərlə və ya bal ilə qəbul
edirlər.