Nabranda sərxoş vəziyyətdə dənizə girən öldü
10 Avqust 2014 20:05 (UTC+04:00)
Ötən gün gecə saatlarında Nabranda vətəndaşlardan birinin içkili
vəziyyətdə dənizə girməsi ölümlə nəticələnib.
Movqe.az-ın FHN-in mətbuat xidmətinə istinadən məlumatına görə,
Xaçmaz rayonu, Nabran qəsəbəsində sərxoş halda dənizdə ("Nabran"
sularda xilasetmə məntəqəsindən, təxminən, 7 km məsafədə, nəzarət
olunmayan ərazidə) 1979-cu il təvəllüdlü Ruslan Ağayar oğlu Quliyev
çimərkən batıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri
hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb. R.Quliyevin
cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri
tərəfindən badığı yerdən 400 metr aralıda tapılaraq sudan çıxarılıb
və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 23:52-də başa çatıb