Qasırğa Yaponiyanı əsarətinə götürdü
10 Avqust 2014 23:05 (UTC+04:00)
"Xalon" qasırğası Yaponiyanı əsarətinə götürüb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, qasırğa ilk olaraq
yapon adası Sikokuda özünü göstərib.
Hal-hazırda təbii fəlakət nəticəsində bir nəfərin həlak olduğu və
26 nəfərin yaralandığı bildirilib.
Meteorologiya agentliyinin məlumatına görə, qasırğa şimal
istiqamətində hərəkət edir. Küləyin saatda 20 kilometr sürətlə
hərəkət etdiyi bildirilib. Rəsmi orqanlar bölgədəki insanlara
xəbərdarlıq edib. Belə ki, güclü yağış sürüşmələrə və daşqınlara
gətirib çıxara bilər.
Təbii fəlakətin təsir etdiyi bölgələrdə 240 min ev təxliyyə edilib.
Daha 380 min evin isə təxliyyə edilməsi ilə bağlı rəsmi təlimat
verilib.