Yüzlərlə çinli şam yandırdı

11 Avqust 2014 00:05 (UTC+04:00)
Çinin cənubundakı Luçian əyalətində ötən həftə baş vermiş güclü zəlzələnin qurbanları yad edilib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , ölənlərin xatirəsini yad etmək üçün yüzlərlə çinli bir araya gələrək, şam yandırıb, dua ediblər.

Anım mərasiminə axtarış-xilasetmə işlərində iştirak edən əsgərlər də qatılıb.

Ötən həftə Çinin Luçian əyalətində Rixter cədvəli ilə 6,1 bal gücündə zəlzələ nəticəsində 615 nəfər ölüb, 3143 nəfər xəsarət alıb, 114 nəfər isə itkin düşüb.

Dağıntılar arasında meyitlərin axtarışı hələ də davam edir.