Mövqe.az xəbər verir ki, Misirdə Hüsnü Mübarəyin
devrilməsindən sonra ilk dəfə prezident seçkiləri
üçün 23 nəfər namizədliyinin irəli sürüb.
May ayında həyata keçiriləcəyi nəzərdə tutulan seçkilərdə ilin əvvəlində ümumi seçimi qazanan İslamçı qrupların və Mübarək dövrünün bəzi qabaqcıl səlahiyyətlilərinin xalq qarşısındakı performansı əhəmiyyət daşıyır. Namizədliyini açıqlayanların arasında Misirin köhnə kəşfiyyat təşkilatı başçısı Ömər Süleyman da var.
Fələstin-İsrail danışıqlarında illərdir vasitəçi olan və Mübarək əleyhindəki hərakatlar zamanı dövlət başçısı müavini vəzifəsinə təyin edilən Süleymanın namizədliyi müraciət etdiyi bina qarşısında toplanan bir qrupun təzahüratı ilə qarşılanıb.
Süleymanın ölkəni idarə edən hərbi şuranın dəstəyini də ala biləcəyi deyilir. Hayrat əl Şater Süleymanın namizədliyini "Misir xalqına təhqir" olaraq xarakterizə edib.
Mübarək dövründə 12 il həbsdə olan Şater rəqibinin ancaq hiylə ilə seçkiləri qazana biləcəyini nəticədə isə Misir inqilabının yenidən başlayacağını söyləyib.
Misirdə ilk turu 23 və 24 Mayda keçiriləcəyi planlaşdırılan seçkilər üçün namizədlik müraciəti 10 Martda başlayıb.
İlk turda heç bir namizəd lazım olan çoxluğun razılığını qazanmazsa iyunda ikinci tur keçiriləcək .
Namizədlər arasında Ərəb Birliyinin köhnə baş katibi Amr Musa, Müsəlman Qardaşlardan Abdülmuneym Əbul Futuh, baş naziri Əhməd Şefik və köhnə müxalif aktivistlərdən Eymen Nur da var.
Namizədlər arasındakı tək qadın namizəd olan Buteyna Kamil isə lazımı sayda imza yığa bilmədiyi üçün seçkilərdə iştirak edə bilməyəcək.
Əfqanə Məzahirqızı