Baş məşqçi özündən çıxdı
10 İyul 2012 16:38 (UTC+04:00)
Movqe.az xəbər verir
ki, Real Madridin baş məşqçisi Joze Mourinyo təyyarədə onunla
"Yaşasın Barselona" deyə zarafat edən qadın sərnişin ilə konflikt
yaşayıb. Gənc qadına doğru hərəkət edən məşqçi "Səni öldürərəm.
Qadın olmasaydın səni çox pis döyərdim" deyib. Onu sakitləşdirmək
istəyən həyat yoldaşına da ağır sözlər söyləyən məşqçi vəzifəlilər
tərəfindən uzaqlaşdırılıb. Hadisəyə Joze Mourinyonun yoldaşı və iki
uşağı da şahid olub.