Yolların Təhlükəsizliyinə Dəstək QHT Koalisiyasının idarə
heyətinin sədri Nazir Quliyev verdiyi müsahibəsində bunu son illər
yollarda baş verən ağır qəzaların sayının artması ilə bağlı
problemdən çıxış yollarından biri kimi görür.
Koalisiya sözçüsü hesab edir ki, sürücülük vəsiqələrini almaq üçün
imtahanların təşkili və keçirilməsi səlahiyyəti TQDK-ya
verilməlidir.
"Yol polisi bu işdə maraqlı qurumdur. İmtahanların keçirilməsi
TQDK-ya verilərsə, bu sahədə şəffaflıq tam təmin olunar. Qısa
zamanda sürücülük vəsiqəsi alanların sayında fərqi müşahidə etmək
mümkün olar. Sürücü şəffaf qaydada imtahan verəcəyini bilərsə, yol
hərəkəti qaydalarını öyrənməyə məcbur olar", - Quliyev deyib.
Sürücülük kurslarının fəaliyyətini formal hesab edən Quliyev
bildirib ki, bu kurslarda reallıqda çox az şəxs təhsil alır.
Türkan Nadirqızı
Movqe.Az