Ukrayna Kubana humanitar yardım edib
10 İyul 2012 16:58 (UTC+04:00)
Movqe.Az "РИА
Новости"-yə istinadən xəbər verir ki, Kubanda baş verən daşqınların
fəsadları artır. Bir çox ölkələr kimi Ukrayna da Kubana bugün
humanitar yardım edib. Bu haqda məlumatı Ukraynanın Xarici İşlər
Nazirliyindən Oleq Voloşin verib. Kubanda elektrik xəttlərinin, su
və qazın təchizatında böyük problemlər yaranıb. 172 nəfər həlak
olub, itkin düşənlərin də sayı məlum deyil. 29000 nəfər
əmlakını itirib. 400 evin bərpası mümkün deyil.