"LG"dən yeni telefon

12 Avqust 2014 12:20 (UTC+04:00)

LG, admiral gəmisi modeli G3-ün daha kiçik və aşağı təchizatlı modeli G3 A-nı təqdim edib. 

Lakin ölçüsü və təchizatları aşağı səviyyədə olsa da G3 A yenə də çox güclü bir model olaraq istifadəçilər arasında bəyənilib.

Movqe.Az xəbər verir ki, 5.2 düym ölçüsündə ekrana malik olan telefon hələlik yalnız Cənubi Koreyada satışa çıxacaq. 1080p ekran dəqiqliyinə sahib telefonun prosessoru isə 2.6 GHz sürətindəki Snapdragon 800-dür. Cihazda həmçinin 2 gb RAM və 32 GB yaddaşı var. Android KitKat əməliyyat sistemi ilə gələn telefondakı kameranın həllolma dəqiqliyi isə 13 mp-dir.