Rihannanın Bakı konserti ilə bağlı bilet müsabiqəsi elan olunub

11 İyul 2012 14:28 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Rihannanın Bakı konsertinin təşkilatçıları müğənninin azərbaycanlı pərəstişkarları arasında müsabiqə elan edib.

Qeyd edək ki, bu müsabiqənin qalibləri oktyabrın 6-da "Crystal Hall"da keçiriləcək konsertin fan-zonasına bilet əldə edəcəklər.

Məlumata əsasən, Rihannanın pərəstişkarı olan hər bir şəxs qeyd olunan müsabiqədə iştirak edib, sənətçinin "Crystal Hall"da keçiriləcək möhtəşəm şousuna bilet qazana bilər. Bunun üçün fanatlar Rihanna üçün öz videomüraciətini çəkməli və ona sevgilərini etiraf etməlidirlər. Pərəstişkarlar "Rihanna, I love you" adlı videomüraciəti "[email protected]" elektron ünvanına göndərə bilərlər.

İyulun 10-dan start verilən müsabiqə sentyabrın 1-nə kimi davam edəcək. Müsabiqənin qalibləri sentyabrın 15-ə kimi elan ediləcək.

Türkan Nadirqızı

Movqe.Az