Arvadını öldürən ərlə bağlı-RƏSMİ AÇIQLAMA

12 Avqust 2014 15:40 (UTC+04:00)
Daxili İşlər Nazirliyi Bakıda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb. Movqe.az DİN-in saytına istinadən xəbər verir ki, avqustun 12-də Pirallahı rayonunda rayon sakini Aydın Məmmədov yaşadığı evdə münaqişə zəminində arvadı Elnarəni bıçaqla qətlə yetirib. Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məmmədov tutulub.