III ixtisas qrupu üzrə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanılıb

10 İyul 2012 17:42 (UTC+04:00)
Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə imtahana buraxılış vərəqələrinin verilməsinə başlanılıb.
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, bu gündən III ixtisas qrupunun abituriyentləri TQDK-nın rəsmi internet saytından "İmtahana buraxılış vərəqi"ni çap edə bilərlər. 
Qeyd edək ki, ali məktəblərin III ixtisas qrupu üzrə imtahan iyulun 14-də Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran və Şəkidə keçiriləcək. İmtahanda 31 mindən çox abituriyentin iştirakı gözlənilir.