Facebookdakı bu tələyə diqqət edin!

12 Avqust 2014 16:18 (UTC+04:00)

Facebookda son günlərdə sürətlə yayılan və Facebookun mavi şablonunun fərqli rənglərə çevrildiyi iddia edən zərərli bir tətbiq istifadəçiləri bir kliklə tələyəə salır. Mvqe.Az xəbər verir ki, Facebookun yaradılmasındadan bu yana mavi rəngli loqosu olduğu və səhifəsinin dizaynının da bu rəng ilə uyğun olduğu bilinir. Lakin bu rəngdən bezənləri hədəf alan, qırmızı, sarı və yaşıl kimi fərqli Facebook mövzularını istifadəçilərə təqdim etməyi vəd edən "Facebook Color" adlı saxta proqram, istifadəçilər arasında sürətlə yayılmağa başlayıb. 

 Bu tətbiq, əslində nə olduğu bəlli olmayan və viruslu olduğuna şübhə edilməyən zərərli bir proqramdır.


Facebook mavisini qırmızı, sarı və ya yaşıl edə bilmək mümkündür. Bunun üçün Chrome brauzer istifadə etməyiniz və Chrome-a ​​Color My Facebook əlavəsini qurmaq lazımdır.