Abşeronda yaşayış binasında baş verən yanğın həyəcana səbəb olub

13 Avqust 2014 11:30 (UTC+04:00)

Abşeron rayonunda yeddimərtəbəli yaşayış binasında yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumata görə, yanğın binanın I mərtəbəsindən 7-ci mərtəbəsinə qədər şaxta boyunca elekrtrik kabellərinda başlayıb.


Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 21 nəfər bina sakini təxliyə olunub.


Mənzillər yanğından mühafizə olunub.


Yanğın saat 02:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.