Castin Biber jurnalistdən şikayət edib

10 İyul 2012 19:04 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Kanadalı müğənni Castin Biber onu izləyən jurnalistdən şikayət edib. Los Ancelosda gəzərkən jurnalist Castinin izini itirmədən onu təqib edib.  Castin şikayəti əsasında jurnalist elə küçədəcə cərimə olunub. Xatırladaq ki, Castin Biber öz videolarını You Tube -a qoyduqdan sonra populyarlıq qazanmışdır. Onun 3 albomu 15 milyon nüsxə ilə satılıb.