“Gənc jurnalistlərin peşə-təcrübə düşərgəsi” Masallıda keçirilir

13 Avqust 2014 16:28 (UTC+04:00)

Son vaxtlar jurnalistika ilə bağlı mütəmadi tədbirlər Masallı rayonunda həyata vəsiqə alıb. "İslahatçı Gənclər" İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Viləş" otel-istirahət mərkəzində "Gənc jurnalistlərin peşə-təcrübə düşərgəsi"ni keçirir. Birliyin sədri, "Edidor" internet saytının sədri Fərid Şahbazlı tədbiri açaraq iştirakçıları məlumatlandırdı. O, qeyd etmişdir ki, düşərgəyə jurnalistika fakültəsinin tələbələri, ayrı-ayrı media qurumlarında çalışan gənc jurnalistlər və jurnalist olmağa iddia edən gənclər qatılır. Dörd gün davam edəcək düşərgədə gənc jurnalistlərə müasir jurnaliskanın müxtəlif istiqamətləri ilə bağlı peşəkar ekspertlər tərəfindən təlim keçiriləcək. Müxtəlif media qurumlarının rəhbərləri gənclərlə görüşərək jurnalistikanın tələb və prinsipləri ilə əlaqədar müzakirələr aparacaq. Düşərgənin keçirilməsində məqsəd jurnalistikaya iddiaçı gənclərin müasir jurnalistika ilə bağlı biliklərini artırmaq, onların nəzəri biliklərini praktik bacarıqlara çevrilməsinə yardımçı  olmaqdır. Tanınmış media qurumlarının, jurnalist təşkilatlarının rəhbərləri, nüfuzlu media təmsilçiləri öz fikirlərini cavanlarla bölüşəcək.

Masallı RİH başçısı aparatı ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Namik  Ağayev RİH başçısı  Rafil Hüseynovun salamlarını tədbir iştirakçılarına çatdırdı.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər  şöbəsi gənclər təşkilatları ilə iş sektorunun əməkdaşı Səbuhi Rzayev, Milli Məclisin deputataı və "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, xalq artisti Aybəniz Haşımova, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli, əməkdar jurnalist Nadir Şəfiyev, sayt redaktoru Niyaz Niftiyev və başqaları bu sahədə problemlərin həllinə və gənc KİV əməkdaşlarının peşəkarlığının yüksəldilməsinə xidmət edən peşə-təcrübə düşərgəsinin keçirilməsini tədqiq etdilər.

Sözçülər onu da vurğuladı ki, müasir cəmiyyətdə cərəyan edən proseslərin, mətbuat "tıxac"ının, hadisələrin mediada obyektiv və qərəzsiz əks olunmasında peşəkarlıq amili mühüm rol oynayır. Əmin olun ki, KİV işçiləri arasında layihə çərçivəsində yeni əməkdaşlıq və kommunikasiya əlaqələri yaranacaq.

"Yeni həyat"a müsahibə verən Fərid Şahbazlı dedi:

-Təşkilatımız 2005-ci ildən fəaliyyət göstərir. Birliyin əsas missiyası gənclərin islahatların həyata keçirilməsinə kömək etmək, onların milli vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunmasına yardım etməyə çalışmaqdır. İndi 8universitet nəzdində 1500-dən çox gəncin birləşdiyi dövrdə 600-dən artıq yerli və beynəlxalq layihə və tədbir reallaşıb. Birliyin Cəlilabad, İsmayıllı və Gəncədə, Türkiyədə təmsilçimiz fəaliyyət göstərir.