Ulduz basketbolçu "təkər"lə məşq etdi - Foto
13 Avqust 2014 18:11 (UTC+04:00)
Son "NBA "çempionu "San Antonio Spors"un ulduz
basketbolçusu yeni mövsümə ilginc məşq elementləri ilə start verib.
Goal.az xəbər verir ki, etdiyi məşq hazırlığını "Facebook"
hesabında paylaşan məşhur italiyan idmançı Marko Belinelli böyük
marağa səbəb olub. Belə ki, Belinellinin cip markalı
avtomobili dartması və təkərlərlə məşq etməsi sosial mediyada
izlənmə rekordu qırdı.
