İyul ayında necə qidalanmalıyıq?
10 İyul 2012 21:08 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, isti keçən yay günlərində insanlar
yeməklərinə xüsusi diqqət etməlidirlər. İyul ayı isti keçdiyindən
həkimlər insanların tərəvəzlə qidalanmasını məsləhət görür. Bundan
başqa yayda insan orqanizmi daha çox maye itirir. Bu səbəbdən
bol su içmək orqanizmdəki maye itkisinin bərpasını
sürətləndirir. Susuzluğu yatırmaq üçün suyun içinə bir-iki
damcı limon suyu sıxmaq məsləhətdir. Bu təzyiqi yuxarı olan
insanlar üçün ikiqat əlverişlidir. Yay fəslində meyvə və
tərəvəzlərə üstünlük vermək lazımdır. Bu fəsildə olan
meyvələr orqanik olduğundan insan orqanizmi üçün lazım olan bütün
vitaminləri qarşılayır.