“Space”in aparıcısı qəzaya düşüb- Foto
14 Avqust 2014 12:39 (UTC+04:00)
Space-in aparıcısı Seva Camalova rəfiqəsi ilə
birgə avtomobil qəzası keçirib.
Movqe.az-a daxil olan məlumata görə,
ötən həftə teleaparıcının rəfiqəsinin idarə etdiyi avtomobil yol
kənarındakı qayaya çırpılıb. Hadisə
nəticəsində teleaparıcı və rəfiqəsi müxtəlif dərəcəli xəsarətlə
xəstəxanaya yerləşdirilib, Seva Camalovanın baş nahiyəsinə 4 tikiş
vurulub. Hazırda xanım aparıcının
vəziyyəti yaxşıdır. Qeyd edək ki, Seva
Camalova "Space" telekanalında "Azərlotereya" ASC-nin təşkil etdiyi
"Azərlotereya" verilişinin aparıcısıdır.
