Səhvən ömrünün 32 ilini həbsxanada keçirib

11 İyul 2012 01:21 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının sakini Andre Devid səhvən ömrünün 32 ilini həbsxanada keçirib. Hələ 1980-ci ildə Andreni uşağa təcazüv edib, öldürməsi  ilə təqsirli biliblər və onu azadlıqdan məhrum ediblər. O,32 il ciddi  həbsxana rejimində qalıb. Lakin bəzi vəkillərin təkidi ilə DNT testi aparılanda məlum olub ki,Andre Devid  törətmədiyi cinayətə görə həyatının 32 ilini  həbsxanada keçirməli olub.O, İyul ayının 6-ı 2012-ci ildə azadlığa buraxılıb. İndi Andre Devid , ailəsinin yanına qayıdıb və həyata optimist baxır.