Ərəblərin bahalı maşınları London küçələrində - FOTOLAR/VİDEO

15 Avqust 2014 14:43 (UTC+04:00)

Əsasən Dubayda və ya Riyadda görməyə alışdığımız multi-milyarder ərəblərin maşınları artıq bir neçə həftədir ki, Londonun Knightsbridge əyalətində görülməyə başlayıb. Bu haqda Movqe.Az xarici mətbuata istinad edir. Dubay və Küveyt pleyboylarının bahalı oyuncaqları bu yay Londonda görülməyə davam edəcək. Metal möcüzələrin 3000 mil yol sərf olunaraq İngiltərəyə gətirilməsinə isə 20.000 sterlinq pul xərclənilib. Dan Avtomobil Loqistika idarəetmə müdiri Daniel Halvort "Ərəblər avtomobillərinin İngiltərəyə gətirilməsində agentlərdən istifadə edirlər. Bəzən elə olurki ərəb gənci bir ayda 2-3 avtomobil birdən gətizdirir" deyib.