Avtobuslarda kart sisteminin tam tətbiqi 2015-ci ilə qaldı-Özəl

15 Avqust 2014 14:55 (UTC+04:00)
Paytaxtda ictimai nəqliyyatda gediş haqqının kart sistemi ilə ödənilməsinə keçidlə bağlı1000 avtobusda işlər yekunlaşıb. Movqe.az-a bu barədə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov məlumat verib. Onun sözlərinə görə, hazırda gediş haqqının kart sistemi ilə ödənilməsi ilə bağlı proses əvvəlcədən planlaşdıran qrafikə uyğun olaraq davam edir. Hazırda Bakı şəhərində işləyən min avtobusda validatorların (Plastik kartlardan məlumatları oxuyan qurğu) quraşdırılması işləri yekunlaşdırılır. N.Həsənov vurğulayıb ki, xidmətin istifadəyə veriləcəyi tarix barədə danışmaq hələlik çətindir: "2500-ə yaxın avtobusda bu sistemin işləməsi üçün iş görülməlidir. Hələki 1000 avtobusda işlər yekunlaşıb. Bu sistemin tətbqinin 2015-ci ilin əvvəlinə yekunlaşdırılması nəzərdə tutulur".

N. Həsənov kart sisteminin tətbiqi bütün avtobusları əhatə etməyincə ictimai nəqliyyatda nağd ödəmənin məhdudlaşdırılmasının mümkün olmadığını bildirib.