Seks fantaziyası müəllimi rüsvay etdi

15 Avqust 2014 16:44 (UTC+04:00)

Almaniyanın Münhen şəhərində yaşayan 57 yaşındakı bir müəllim etdiyi fantaziya oyunundan sonra rüsvay olub.

Movqe.Az xəbər verir ki, Schwabingdə yaşayan müəllim, evində özünə taxdığı qandalları aça bilmir və üç gün müddətində mətbəxində qalmalı olur.

Qonşusunun xəbər verdiyi polis, müəllimi evinin mətbəxində əlləri arxadan qandallı, əynində qadın alt geyimi və ayağında qadın çəkmələriylə yerdə uzanan halda tapıb. 


"Bild" qəzetinin xəbərinə görə, qonşu üç gündür görə bilmədiyi müəllimin qapısının zəngini çalıb. Qapının açılmaması və poçt qutusunun dolu olması səbəbiylə təlaşlanan qonşu, polisə zəng vurub.


Həmçinin davamlı olaraq mətbəx işığının açıq qalması da qonşunun diqqətini çəkmişdi. Polislər qapını açanda müəllimin əllərinin arxadan qandallı olduğunu görüb. Evdə çox sayda əl və ayaq sıxacaqları olduğundan  hadisə qeydlərə seks qəzası olaraq keçib. 


Seks qəzası qurbanı olan müəllim isə, olduqca zəif düşdüyü və üç gün yerdə yatmasından ötəri yaranan yaralar səbəbiylə xəstəxanaya qaldırılıb.