Yeganə Sultanova: "Dia­be­ti­kin çö­rə­yi­nə şə­kər vu­rul­ma­ma­lı­dır"

15 Avqust 2014 17:30 (UTC+04:00)

"Ha­zır­da pəh­riz çö­rək­lə­ri ilə bağ­lı ən bö­yük prob­le­mi die­tik çö­rək­lə­rin tər­ki­bi­nə şə­kə­rin qa­tıl­ma­sındadır". Bu sözləri Movqe.az-a açıqlamasında Respublika Endokrinoloji Mərkəzinin həkim-endokrinoloqu, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova söyləyib. Onun sözlərinə görə, qa­ra pəh­riz çö­rək­lə­ri dia­bet­li xəs­tə­lə­rə tər­ki­bin­də ni­şas­ta az ol­du­ğun­dan və şə­kər ol­ma­ma­sı sə­bə­bin­dən məs­lə­hət gö­rü­lür: "Qa­ra çö­rə­yin tər­ki­bin­də olan B1 vi­ta­mi­ni mad­də­lər mü­ba­di­lə­si­ni sü­rət­lən­di­rir, şə­kə­rin qan­da top­lan­ma­sı­nın qar­şı­sı­nı alır. Ona gö­rə də şə­kər xəs­tə­lə­ri­nə qa­ra pəh­riz çö­rə­yi məs­lə­hət gö­rü­lür. Əgər bu gün qa­ra çö­rək­lə­rə şə­kər qa­tı­lır­sa, bu o de­mək­dir ki, dia­bet­li xəs­tə hə­min çö­rək­dən nor­ma­dan ar­tıq is­ti­fa­də et­di­yi hal­da qan­da şə­kə­rin miq­da­rı qal­xa­caq. Nə­zə­rə al­maq la­zım­dır ki, 1 di­lim çö­rək, 1 va­hid ini­su­lin de­mək­dir. Be­lə çö­rək­lə­rin şə­kər xəs­tə­lə­ri­nə sa­tıl­ma­sı düz­gün de­yil". 

Y. Sultanova bildirib ki, hazırda tərkibində şəkər olan məhsullar həm apteklərdə, həmçinin də mağazalarda şəkər xəstələri üçün  hazırlanmış məhsullarla birgə, eyni vitrində satılır. Hansıki, artıq həmin məhsulların üzərindən şəkər xəstələrinin istifadəsi üçün nəzərdə tutulduğunu əks etdirən qeyd götürülüb: "Bir müddət əvvəl Azərbaycana gətirilən "Sladkiy saxar"adlı məhsulun arxasında şəkər xəstələri üçün  tövsiyyə olunduğu əks etdirən qeyd öz əksini tapmışdı. Artıq Rusiyada bu məhsulun arxasından bu qeyd yığışdırılıb. Çünki, bu qəndin tərkibində şəkər var. Qəndin 100 qramında 99,6 qram şəkər olsa da,  bu məhsul hazırda Azərbaycanda şəkərli diabet xəstələri üçün hazırlanmış məhsullarla eyni vitrində satılır. Bu isə şəkər xəstələri üçün çox təhlükəlidir. Çünki, sözügedən qənd çörəkdən də artıq və sürətlə  qanda şəkərin miqdarını artırır. Bu qəndin ikin tikəsi qanda şəkərin miqdarını 36 milli qram artırır. Buna baxmayaraq şəkər xəstələri üçün hazırlanmış məhsullarla eyni vitrinə qoyularaq şəkər xəstələrinə satılır. Halbuki, artıq bu məhsulun arxasından şəkər xəstələrinin istifadəsinə göstərişi əks etdirən qeyd də çıxardılıb". 

Zülfiyyə Quluyeva