İranda zəlzələ

16 Avqust 2014 13:14 (UTC+04:00)
Cümə günü İranın Buşer vilayətinin cənub-qərbində yerləşən Kaki şəhərində 5 ballıq zəlzələ baş verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Tehran Universitetinin Qeofizika institutu nəzdinin seysmoqrafiya mərkəzinin hesabatında bildirilir ki, zəlzələ yerli vaxtla saat 19:18-də baş verb.

Xəsarət alanlar və ya dağıntılar barədə məkumat yoxdur.

Qeyd edək ki, 2013-cü ildə İranın 3 şəhəri - Hormuc, Kaki və Şombe şəhərlərində 6,1 bal gücündə baş verən zəlzələ nəticəsidə 39 nəfər ölmüş, mindən çox adam xəsarət almışdı.