Bakıda yanğın
16 Avqust 2014 19:15 (UTC+04:00)
Bu gün Bakının Binəqədi rayonunda yataqxanada yanğın baş
verib.Movqe.az xəbər verir ki , Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidmətindən verilən məlumata görə, hadisə Abay
Kunanbayev küçəsi, 31/23-cü məhəllə, ləğv edilən "Bakı Elektroterm"
zavodunun yataqxanasında olub.
Yanğın yataqxanada yaşayan Ağdamdan məcburi köçkün olan Sərxan
Məmmədova məxsus evdə qeydə alınıb. İlk öncə yanğın evdə 9 kvadrat
metr olan əlavə tikilidə olub. Sərxan Məmmədov özü yanğını
söndürmək istəyərkən əlləri və ayaqları yanıb. Yanğın digər
otaqlara da keçib. Nəticədə ev əşyaları ilə birlikdə yararsız hala
düşüb.
Hadisə yerinə gələn yanğınsöndürənlər və xilasedicilər Sərxan
Məmmədovu otaqdan çıxarıblar. Onu xəstəxanaya yerləşdiriblər.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.