Boko Haram bu dəfə uşaqları oğurladı

16 Avqust 2014 20:00 (UTC+04:00)
Nigeriyada terrorçu qruplaşma kimi fəaliyyət göstərən Boko Haram növbəti dəfə kütləvi oğurluq cinayətində ittiham olunur.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , bu dəfə qruplaşma üzvləri 97 kişi və oğlan uşaqlarını oğurlayıblar. Oğurluq faktları bu həftə ərzində Borno ştatında qeydə alınıb. Oğrular reyd zamanı onlara qarşı çıxan 25 nəfəri öldürüblər. Həmçinin, insanların evlərini yandırıblar.

Boko Haram qruplaşması aprel ayında 276 məktəbli qızı qaçırmışdı. Qızların yerini aşkarlamaq hələ ki, mümkün olmayıb.