İsrail barədə yazdığı şeirə görə Qrasa qadağa verilib

9 Aprel 2012 13:21 (UTC+04:00)

Mövqe.az xəbər verir ki , Nobel mükafatı alan Almaniyalı yazıçı Qünter Qrasın İsraili tənqid edən və beynəlxalq əks-səda oyadan şeirindən sonra ona qarşı olan reaksiyalar hələ də səngimək bilmir bilmir. Belə ki İsaril 84 yaşlı Qrasın ölkəyə girişini qadağa edib.

İsrailin Daxili İşlər naziri "Qünter yalan və əyri əsərlərini yaymağa davam etmək istəyirsə bunu tamaşaçı dəstəyi tapaca biləcəyi İranda etməsini tövsiyə edirəm'' deyib.

Almaniya xarici işlər naziri Quido Vestervelle isə Qrası tənqid edən bir məqalə yazaraq İsrail və İranın əxlaqi baxımdan eyni dərəcədə qiymətləndirilməsini "axmaqlıq" adlandırıb.

Xatırladaq ki, Qrasın İsrailin və İranın dünya sülhünə mane olan nüvə obyektlərinin nəzrət altına alınması haqqında olan şeiri ötən həftə yayımlanıb.


Əfqanə Məzahirqızı