Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru İrandadır

17 Avqust 2014 18:04 (UTC+04:00)
Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Yukiya Amano İranın paytaxtı Tehrana səfər edib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, səfər İranın qarşısında öz nüvə fəaliyyətinin miqyasına dair məlumat verməsi üçün qoyulan müddətin avqustun 25-də bitməsi ərəfəsinə təsadüf edib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin açıqlamasına görə, Yukiya Amanonun Tehrana səfəri Agentliklə İran arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi təşəbbüslərinin bir hissəsidir.

Agentlik İranın nüvə proqramının nüvə silahı hazırlanmasına yönəldiyinə dair iddiaları araşdırmağa çalışır, Tehran isə Qərbin bu iddialarını rədd edir.