Maradona qovuldu

11 İyul 2012 12:44 (UTC+04:00)
Movqe.Az bildirir ki, Argentinalı məşhur keçmiş futbolçu Diyeqo Maradonanın Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işlədiyi "Əl Vasl" komandasında baş məşqçi vəzifəsinə son verilib.

"Əl Vasl" komandası idarə heyətindən verilən məlumata görə, Maradona yerinə kimin gətiriləcəyi hələ məlum deyil.

Tətil səbəbiylə Dubay şəhəri xaricində olan Maradonadan mövzuyla bağlı hələ bir xəbər alınmayıb.

Maradona "Əl Vasl" komandası ilə 2011-ci ilin may ayında 2 illik müqavilə imzalayıb. Onun BƏƏdə çox sayda pərəstişkarı olmasına, ölkə futbolunun dünyada özünə bir yer əldə etməsinə baxmayaraq, işlətdiyi "Əl Vasl" komandası BƏƏ liqasında  12 yerdən ancaq 8-ci  ola bilib.