Ən cazibədar qadını ən çox cəzb edən kişi

11 İyul 2012 13:23 (UTC+04:00)
Movqe.Az bildirir ki, Kişilərin maqazin jurnalı "Maxim" tərəfindən 2012-ci ilin ən cazibədar qadını seçilən İsrail əsilli model Bar Refael onu ən çox cəzb edən kişinin adını açıqlayıb. Model Bar Refael, məşhurlar dünyasında ona ən çox təsir edən kişinin Justin Bieber olduğunu bildirib.Özündən 8 yaş kiçik olan məşhur müğənninin tipini də, tərzini də çox bəyəndiyini söyləyən Refael, zarafatla qarışıq "Justinle evlənmək istəyirəm. Bu, həqiqətən çox əyləncəli olardı "deyib. Bieberın Selena Gomezlə yaşadığı eşq həyatına çox hörmət etdiyini bildirən Refael sözlərinə əlavə edərək deyib ki, "Selena həyatında olmasaydı Justini ələ keçirmək üçün əlimdən gələni edərdim. Mən bəyəndiyim bütün kişilərə ürəyimi açmaqda gec qaldım. Əvvəllər, Tom Kruzu çox bəyənirdim, amma Keti Holmes də məni qabaqladı."