49 ildir ayaqlarını əlləri yerinə istifadə edir

18 Avqust 2014 17:18 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Samsunun Alaca rayonunda qolları olmayan qüsurlu vətəndaş 49 ildir ayaqlarını əllərinin yerinə istifadə edir.

Doğuşdan iki qolu olmayan qüsurlu vətəndaş 49 yaşındakı Bayram İgid, qolları olmamasına baxmayaraq ayaqlarını əlləri kimi istifadə edərək bir çox ehtiyacını özü qarşılayır. Ayaqlarını əlləri kimi istifadə edən İgid, ayaq barmaqları ilə tutduğu qələmlə yazı yaza bilir, televiziya pultunu istifadə edir, üzünü köpükləyəyək qırxa bilir, mətbəxdə krantı açaraq stəkana su doldurabilir, kitabı tutaraq oxuya bilir. Yalnız tualetdə və geyimlərini geyib çıxarmada ailəsindən kömək görür.