Türkiyəyə müharibə elanı
18 Avqust 2014 19:00 (UTC+04:00)
43 yaşlı erməni Artur Mirzoyanın Moskvada Türkiyə
səfirliyinə atəş açması bir sıra erməni şərhçilər tərəfindən
Türkiyəyə elan edilən müharibənin ilk gülləsi kimi
dəyərləndirilib.
ANS PRESS-in məlumatına görə, erməni şərhçi Naira
Ayrumyanın fikrincə, Moskvada baş vermiş hadisə erməniləri
birləşdirə bilər. "Bu, tarix Ermənistan üçün sonun və ya böyük
qələbənin başlanğıcı ola bilər" deyən şərhçi ümid edir ki, İraq və
Suriyada baş verən hadisələr Lozanna sülh müqaviləsinin
nəticələrinə yenidən baxmağa vadar edə bilər. "Bu o deməkdir ki,
erməni torpaqlarını ruslar və türklər arasında bölən müqaviləyə
yenidən baxılacaq. Bu yeni böyük müqavilənin vacib olması deməkdir
və ermənilər məqamı əldən verməli deyillər".
Naira Ayrumyanın revanş tələb edən çıxışları
adamda yazı müəllifinin paralel dünyada yaşaması təəssuratını
oyadır. Qarabağda dünyaya gəlmiş xanım yazar Ermənistanın və
doğulduğu işğal zonasının bu cür sərsəm ideyalar üzündən nə günlərə
düşdüyünü sanki bilmir. Bir vaxt 4 milyon adamın yaşadığı
Ermənistanda bu cür sərsəm ideyalar üzündən cəmi 1,3 milyon adam
qalıb. Bir zamanlar 70 mindən çox adam yaşamış Xankəndidə isə indi
cəmi 22 min adam qalıb. O zaman, erməni şərhçinin öncəgörməsinin
ikinci hissəsinin baş tutması zaman ələ keçirəcəkləri torpaqlara
ermənilər kimi yerləşdirəcək?
Böyük ehtimalla, Naira Ayrumyanın öncəgörməsinin
birinci hissəsi gerçəkləşəcək və ermənilərin sonu olacaq. Və
ermənilər onsuz da vətən saymadıqları 3 minillik türk yurdu qədim
İrəvanı birdəfəlik tərk edəcəklər.