iPhone 6, yoxsa iPhone 6L? - FOTO

19 Avqust 2014 11:48 (UTC+04:00)

Hamı iPhone 6 üçün  sentyabr ayındakı Apple təqdimatını gözləsə də, tanıdılacaq cihazın iPhone 6 deyil iPhone 6L adını daşıyacağı iddia edilib.


Movqe.Az xəbərverir ki, Çin veb saytı Apple Daily, 4.7 düymlük və 5.5 düymlük iPhonelara aid olduğunu iddia etdiyi fotoşəkilləri yayımlayıb. 5.5 düymlük böyük iPhone-a "iPhone 6L" deyən sayt, bu telefonun xüsusiyyətlərini də sıralayıb. Sayta görə böyük model, 2.915mAh tutumlu batareya ilə gələcək. Böyük batareya, təxmin edə biləcəyiniz kimi böyük ekranın güc ehtiyaclarını qarşılamaqda istifadə ediləcək. 4.7 düymlük modelin batareya tutumu isə 1.810mAh-dır.