İnternetdəki ilk şəkil

11 İyul 2012 15:43 (UTC+04:00)
Movqe.Az bildirir ki, Bu şəkil sizə ilk baxışda hər gün qarşılaşdığınız bir "photoshop" nümunələrindən biri kimi gələ bilər.

Ancaq bu şəklin çox əhəmiyyətli bir xüsusiyyəti var. Təxminən 20 il əvvəl çəkilən bu şəkil, eyni zamanda internetə yüklənən ilk foto olma xüsusiyyətini də daşıyır.

"Motherboard" saytı, fotoşəkilin hekayəsini araşdırıb və onun Silvano də Gennaro tərəfindən çəkildiyini məlum edib.

Şəkildəki qadınlar isə, "CERN" işçilərindən ibarət olan bir əyləncə qrupunun üzvləridir. "World Wide Web"in yaradıcısı olan Tim Berners Li, şəkilin çəkildiyi dövrdə "CERN" laboratoriyalarında işləyirdi.

Berners-Li və qrupu, "şəbəkə" sistemlərinin yeni versiyasını test edə bilmək üçün bir fotoşəkilə ehtiyac duydular və Gennarodan bu fotoşəkili aldılar.

Layihə üzərində çalışan proqramçılardan Cin-François Qroff, "Rəhbərliyi "CERN"in internetə qoşulmasına razı sala bilmək üçün onun nə qədər faydalı ola biləcəyini göstərməyimiz lazım idi. Buna görə də,  yalnız ciddi şeyləri yüklemişdik. Yəni, əslində "Gəlin, əyləncəli bir şey edək" demək, inqilab yaradacaq bir vəziyyət idi." sözlərini deyib.

Fotoşəkilin "photoshop"  ilə işlənmiş versiyasının üzərində yazan "Les Horribles Cernettes" yazısı "Qorxunc CERN qızları" mənasını verir.