Azərbaycan avtomobil idxalını 30 faizdən çox azaldıb
20 Avqust 2014 10:40 (UTC+04:00)
Azərbaycan 2014-cü ilin yanvar-iyul aylarında 38
338 ədəd avtomobil idxal edib. 2013-cü ilin müvafiq dövründə bu
rəqəm 58 258 ədəd olub. Trend-in məlumatına görə, bu barədə Dövlət
Gömrük Komitəsinin hesabatında deyilir.
İdxal edilən avtomobillərin 34 618 ədədi
insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu
nəqliyyat vasitələrinin payına düşüb. 2013-cü ilin yanvar-iyul
aylarında bu göstərici 52 673 ədəd təşkil edib.
Azərbaycan 2013-cü ildə 104 385 ədəd avtomobil
idxal edib. Bu rəqəm 2012-ci ildə 101 255 ədəd olub. İdxal edilən
avtomobillərin 94 879-u insanların daşınması üçün nəzərdə tutulmuş
avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2012-ci
ildə isə bu göstərici 89 652 ədəd təşkil edib.
Bundan başqa, hesabat dövründə ölkəyə 3263 yük
avtomobili idxal edilib. Bu rəqəm ötən ilin eyni dövründə 4486-ya
bərabər olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər
nəqliyyat vasitələrinin payına düşüb.
2013-cü ildə ölkəyə 7823 yük avtomobili idxal
edilib. 2012-ci ildə bu rəqəm 9433-ə bərabər olub.