Gözünüz aydın! sabahdan hava...

20 Avqust 2014 14:00 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasında uzun müddət hökm sürən anomal istilərdən sonra havanın temperaturu avqustun 21-dən başlayaraq enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Movqe.az-a verilən məlumata görə, avqustun 21-dən sonra Bakı və Abşeron yarımadasında havanın temperaturu ötən günllərlə müqayisədə 4-5 dərəcə enəcək və iqlim normasına yaxınlaşacaq.


Yaxın 2-3 gün ərzində, yəni avqustun 24-dək Bakı və Abşeron yarımadasında havanın temperaturu gündüz 32-35 dərəcədən yüksək olmayacaq. Eyni zamanda şimal küləyi güclənəcək.



Avqustun 21-i, 22-si, 23-ü əsasən gecə və səhər saatlarında şimal küləyi artacaq, küləyin gücü saniyədə 15-20 metr, bəzi ərazilərdə isə 25 metr olacaq.



Azərbaycanın digər ərazilərində də havanın temperaturu enəcək.