Eldar Sabiroğlu: “Müdafiə Nazirliyinin bəzi idarə və xidmətlərinin mülkiləşdirilməsi barədə Azərbaycanın üzərinə öhdəlik qoyulmayıb”
11 İyul 2012 16:19 (UTC+04:00)
"NATO-nun heç bir sənədində , o
cümlədən Fərdi Tərəfdaşlıq Planının 3-cü mərhələsində Azərbaycanın
üzərinə belə bir öhdəlik qoyulmayıb. Bu şayiələr haradan və necə
ortaya çıxır, çox maraqlıdır". Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin
mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu mətbuatda
FTP-nin 3-cü mərhələsində Müdafiə Nazirliyinin bəzi idarə və
xidmətlərinin mülkiləşdirilməsi barədə Azərbaycanın üzərinə öhdəlik
qoyulması haqda yayılan məlumatlara münasibət bildirərkən
deyib.
E. Sabiroğlu deyib ki, bu məlumatları uydurma hesab etdiklərindən
üzərində dayanmaq istəmirlər: "Azərbaycan suveren dövlət olaraq bu
məsələlərdə qərarı yalnız özü verir".