İsti havalara qarşı kepka

11 İyul 2012 16:23 (UTC+04:00)
Movqe.Az bildirir ki, Maraqlı icadları ilə önə çıxan yaponlar, yay aylarında insanları sərinlətmək üçün bir kepka hazırlayıblar. İnternet vasitəsilə satan "Rare Mono Shop" adlı sayt, günəş enerjisiylə işləyən sərinkeşli kepkanı satışa təqdim edib. Kepkanın ön hissəsinə yerləşdirilən sərinkeş sərin havanı üzə yönəldir. 4 fərqli rəngdə satışa təqdim edilən kepkanın qiyməti 15 dollardır.