Bakıda 19 yaşlı oğlan 5-ci mərtəbədən yıxılaraq ölüb

21 Avqust 2014 10:41 (UTC+04:00)

Sabirabad rayon sakini Bakıda bədbəxt hadisə nəticəsində ölüb.


Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Salyan yolu küçəsi-20 ünvanında qeydə alınıb.

 

Sabirabad rayon sakini, 1995-ci il təvəllüdlü Pünhan Müslüm oğlu Musayev işlədiyi  "Portos İnşaat" MMC-nin hazırda inşasını davam etdirdiyi 8 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində təmizlik işləri apararkən ehtiyatsızlıqdan yıxılıb.

 

P. Musayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.